ABŞ-da dünya üzrə ilk dəfə olaraq tam robotlaşdırılmış stomatoloji əməliyyat süni intellektə malik robot tərəfindən insan üzərində həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, ABŞ-ın diş texnologiyaları üzrə ixtisaslaşmış “Perceptive” kompaniyasının məlumatına görə, əməliyyat süni intellektə əsaslanan proqram təminatı ilə təchiz edilmiş robot vasitəsilə aparılıb.
Kompaniya bu sistemdən stomatoloji əməliyyatların sürətini və dəqiqliyini artırmaq üçün istifadə etmək istəyir. Həmçinin yeni texnologiya diş həkimi tərəfindən hər biri azı bir saat çəkən iki əməliyyatı 15 dəqiqə ərzində həyata keçirməyə imkan verir.