ABŞ Konqresinin Nümayəndələr Palatası prezidentin ölkənin strateji neft ehtiyatından istifadəsinə sərəncam vermək imkanlarını məhdudlaşdırmağa yönəlmiş qanun layihəsini dəstəkləyib.
AZƏRTAC CNBC telekanalına istinadla xəbər verir ki, ötən il Birləşmiş Ştatlarda anbarlardan 180 milyon barel neft götürülüb. Nəticədə strateji ehtiyatlardakı ümumi neft ehtiyatları təxminən 380 milyon barelə qədər azalıb ki, bu da 1984-cü ildən bəri ən aşağı səviyyədir. Nümayəndələr Palatasının respublikaçı çoxluğu hesab edir ki, demokratlar üçün siyasi dividentin artırılmasına yönələn bu addımlar və ABŞ-ın enerji təhlükəsizliyini təhdid edir.
Telekanalın məlumatına görə, Co Bayden 2021-ci ildə hakimiyyətə gələrkən strateji neft anbarlarında 638 milyon barel neft olub.
Ekspertlərin fikrincə, qanun layihəsi demokratların nəzarətində olan Senatdan keçməyəcək və ya ABŞ prezidenti ona veto qoya bilər.