ABŞ-da qeyri-kənd təsərrüfatında işləyənlərin sayında 2022-ci ilin iyul ayında 528 min nəfər artım olub.

Banker.az bu barədə ABŞ-ın Əmək Statistikası bürosuna istinadən xəbər verir.

Birjalar bu dəfə 250 min nəfər artım gözləyirdi. Lakin, öncəki ayda cəmi 398 min nəfər olmuşdu.

ABŞ-da işsizlik səviyyəsi gözlənilmədən 3.6%-dən 3.5%-ə düşüb ki, bu səviyyə ilə pandemiyanın ayaq basdığı 2020-ci ilin martından bu tərəfə ən yaxşı nəticədir. Həmin ilin mayında 14.7%-ə qədər yüksəlmişdi.

İndiki bu hal əslində ABŞ dollarının qalxması üçün müsbət göstəricidir. Belə ki, FED inflyasiyanı cilovlamaq üçün faiz artımına gedərkən bu iqtisadi göstəriciləri də göz önünə alır.