“The Verge” nəşri “Android” əməliyyat sistemi ilə işləyən mobil cihazların daxil olduğu cari ilin ən yaxşı smartfonlarının reytinqini dərc edib.

Birinci yeri 6.7 düymlük AMOLED ekran, Snapdragon 8 Gen 3 prosessoru və 3x optik “zoom” kameraları ilə təchiz edilmiş Samsung Galaxy S24 Plus tutur.

Reytinqdə ikinci yerdə 6.8 düymlük AMOLED ekranı, titan çərçivəsi və S-Pen stilusunun dəstəyi ilə seçilən Samsung Galaxy S24 Ultra qərarlaşıb.

İlk üçlüyü 6.82 düymlük OLED ekran və Snapdragon 8 Gen 3 prosessoruna malik OnePlus 12 tamamlayır, hansı ki, ekspertlərə görə, süni intellektin tətbiqindən yorulanlar üçün ideal smartfondur.