Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov Rusiyada inflyasiyanın 2024-cü ildə yüksək səviyyədə qalacağını bildirib.

Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Reşetnikov Rusiya Federasiya Şurasındakı çıxışında ölkəsindəki inflyasiya tendensiyası ilə bağlı qiymətləndirmələr edib.

Marja xəbər verir ki Rusiyada illik inflyasiyanın 7,5% olduğunu qeyd edən Reşetnikov, “Gələn il orta illik inflyasiya 7,2 faiz olacaq. Biz 2024-cü ilin dekabrında inflyasiyanın illik 4,5 faizə düşəcəyini gözləyirik. Kakin gələn il ərzində inflyasiya yüksək səviyyədə qalacaq”, – bildirib.

Rusiya Mərkəzi Bankı rublun ucuzlaşması ilə artan yüksək inflyasiya təhlükəsi ilə əlaqədar avqustun 15-də uçot dərəcəsini 8,5 faizdən 12 faizə, sentyabrın 15-də isə 13 faizə qaldırıb.

Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullina inflyasiyanın yavaşlamasının davamlı olduğuna əmin olana qədər faiz dərəcələrini uzun müddət yüksək səviyyədə saxlayacaqlarını bildirib.