Swiss RE Institute sığorta şirkətinin dərc olunmuş illik hesabatına əsasən təbii fəlakətlər 2022-ci ildə 275 milyard dollar qlobal iqtisadi itki ilə nəticələnib ki, bunun da 125 milyard dolları sığortaçılar tərəfindən qarşılanıb.

Marja xəbər verir ki, sənəddə “2022-ci ildə təbii fəlakətlərin səbəb olduğu qlobal iqtisadi itkilər 275 milyard dollar təşkil edib. Bu məbləğin 125 milyard dollarlıq hissəsi və ya 45%-ni sığorta kompensasiya edib”.

İnstitutun məlumatına görə, 2022-ci ildə iqtisadiyyatda sabitliyi pozan əsas amil yüksək inflyasiya olub ki, bu da sığortaçıların əhatə etdiyi binaların, nəqliyyat vasitələrinin və digər əsas vəsaitlərin nominal dəyərini artırmaqla təmir xərclərinin ödənilməsi ilə bağlı iddiaların artmasına səbəb olub.

“İan qasırğası 2022-ci ilin ən bahalı hadisə olub və sığorta itkiləri 50-65 milyard ABŞ dolları təşkil edib”, – hesabatda qeyd edilir.