166 Logistika şirkəti Çindən Azərbaycana elektromobillərin daşınmasına endirim tətbiq edir.

Çindən Azərbaycana Qafqazın ən sürətli yolu olaraq tanınan və aylardır gündəmi zəbt edən “166 Logistika” brendi ölkəmizdə keçiriləcək COP29 layihəsi ilə əlaqədar möhtəşəm kampaniya elan edir.

Azərbaycanın yaşıl enerji siyasətinə dəstək məqsədilə “166 Logistika” şirkəti Çindən Azərbaycana elektromobillərin daşınmasına endirim tətbiq edir.

Ətraf mühitin qorunması və ekoloji təmiz gələcək naminə elektromobillərin ölkəmizdə istifadəsinə töhfə vermək məqsədi ilə şirkət Çinin Yivu anbarından dəmiryolu daşınmasında yüklərin 1 kubunu  artıq 166 dollara deyil , 137 dollara Azərbaycana çatdırılmasını təmin edir.

Müştərilərə yüklərin dəmiryolu daşınmasında izləmə üstünlüyünü təqdim edən “166 Logistika” şirkəti 12-17 gün ərzində çatdırılmanı reallaşdırır.