Amerikanın “Johnson & Johnson” holdinqi ilk dəfə olaraq loqosunu yeniləyib. Bu, tibbi texniki həllər bazarında inkişaf etmək planları ilə bağlıdır. Qeyd edək ki, “Johnson & Johnson” köhnə loqodan 135 ildən çox, 1887-ci ildən istifadə edib.
Şirkət tibb və əczaçılıq seqmentlərini vahid brend altında birləşdirib. “Janssen” adlı əczaçılıq seqmenti “Johnson & Johnson Innovative Medicine” adını alıb, tibbi texnologiya seqmenti isə “Johnson & Johnson MedTech” kimi qalıb.
Mətbuata açıqlamada bildirilib ki, yeni loqo “təəccüb və insanlıq hissi yaradır”, ampersand isə (“və” birləşməsini əvəz edən “&” loqoqramı) isə “qayğıkeş insanın təbiətini” nümayiş etdirir.
Qeyd olunur ki, tədricən yeni loqo, rənglər və şrift şirkətin bütün məhsul və qablaşdırmalarında tətbiq ediləcək.