Türkiyənin Rəqabət Xidməti Odeabank-a nəzarətin “Abu Dhabi Developmental Holding” keçirilməsinə icazə verib.

Türkiyədə fəaliyyət göstərən “Odeabank”ın Birləşmiş Ərəb Əmirlikləri, Əbu-Dabidə yerləşən “Abu Dhabi Developmental Holding Company”ə (ADQ) satışı təsdiqlənib.

Marja.az xəbər verir ki, Türkiyənin Rəqabət Xidməti “Abu Dhabi Developmental Holding Company tərəfindən “Financial Services” MMC vasitəsilə “Odeabank”a nəzarəti ələ keçirməyə icazə verib.

“Abu Dhabi Developmental Holding Company” (ADQ) “Odeabank”ın kapitalının 96 faizini almaq üçün “Bank Audi”nin rəhbərlik etdiyi konsorsiumla razılaşmışdı.

Beləliklə, 2001-ci ildə lisenziya alaraq Türkiyənin bank sektoruna daxil olan “Odeabank” 14 ildən sonra əl dəyişdirir.

Müqaviləyə əsasən, “Bank Audi” özünün 76,419 faiz payını, həmçinin Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 8,009 faiz, Beynəlxalq Maliyyə Korporasiyası(IFC) 6,362 faiz, IFC FIG Investment Company S.a.r.l  3,426 faiz və Mohammad Hassan Zeidan 1 faiz payını  ADQ-yə satmağa razılaşmışdı.

“Odeabank”, Beyrutda yerləşən “Bank Audi”nin Türkiyədəki şirkətidir.

2 oktyabr 2012-ci il tarixində Bank Tənzimləmə və Nəzarət Təşkilatı tərəfindən əməliyyat lisenziyası təsdiqlənən “Odeabank”, 533 milyon 520 min TL nizamnamə kapitalı ilə fəaliyyətə başlamışdır.

Türkiyənin  15 şəhərində 41 filialı olan “Odebank”da təxminən 1300 nəfər çalışır.

Birləşmiş Ərəb Əmirliklərinin “Abu Dhabi Developmental Holding Company” şirkəti dövlətə məxsusdur.