Dünyanın ən çox borcu olan daşınmaz əmlak şirkətinin qurucusu Hui Ka Yan, sosial mediada guya onun intihar etdiyi barədə iddialara bir qrup idarəçiyə səsli mesaj göndərərək cavab verib.

Dünyanın ən çox borcu olan daşınmaz əmlak şirkəti “Evergrande”nin qurucusu Hui Ka Yan, sosial mediada yayılan intihar iddiasından sonra 100-ə yaxın rəhbər şəxsə səsli mesaj göndərib.

Marja xəbər verir ki, Hui, göndərdiyi 50 saniyəlik səsli mesajda tikinti layihələrinin davam etdirilməsinin əhəmiyyətindən danışıb.

Kredit böhranının mərkəzində dayanan “Evergrande”, Çinin daşınmaz əmlak sektoruna və ölkədəki iqtisadi inkişafa mənfi təsir göstərir.

“Bloomberg News”un keçən həftə yaydığı məlumata görə, şirkət bu ayın ilk həftəsindən etibarən xarici kreditorlara restrukturizasiya planını təqdim edəcək.

Digər tərəfdən, “Evergrande Group”un elektrikli avtomobil bölməsinin işçilərinin 10 faizini ixtisar etməyi planlaşdırdığı da bildirilir.