Azərbaycanda 2022-ci ilin yanvar ayında ödəniş kartlarının sayı 233 min 537 ədəd artaraq 11 milyon 273 min 274 ədədə çatıb.

Marja Mərkəzi Banka istinadən xəbər verir ki, yanvarda sosial kartların sayı 5 min 383 ədəd azalaraq 3 milyon 463 min 776 ədədə, əmək haqqı kartları iə 9 min 807 ədəd azalaraq 2 milyon 581 min 494 ədəd düşüb.

Yanvarda debet kartları 229 min 167 ədəd artaraq 3 milyon 813 min 822 ədədə, kredit kartları isə 19 min 560 ədəd artaraq 1 milyon 414 min 182 ədədə yüksəlib.

Ötən ilin sonunda cəmi ödəniş kartlarının sayı 11 milyon 40 min ədədə çatmışdı.