Bu gün Türkiyə Mərkəzi Bankının (TMB) Pul siyasəti komitəsinin növbəti iclası keçirilib.

“Report” quruma istinadən xəbər verir ki, iclasda uçot dərəcəsi 1 faiz bəndi azaldılaraq 13%-dən 12%-ə endirilib.

Xatırladaq ki, uçot dərəcəsi TMB-nin bu il avqustun 18-də keçirilmiş iclasında 14%-dən 13%-ə endirmişdi.