Fevralın 8-də ləğv prosesində olan “Texnikabank” ASC-nin daşınmaz əmlakının icarəyə verilməsi ilə bağlı hərrac keçiriləcək.
“Report” xəbər verir ki, bu barədə bankların ləğvedicisi – Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) məlumat yayıb.
Bildirilir ki, söhbət “Texnikabank”a məxsus Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 12A ünvanında yerləşən 270,9 kv.metrlik qeyri-yaşyış sahəsindən gedir.
Xatırladaq ki, “Texnikabank” ASC-nin lisenziyası 2016-cı il fevralın 10-dan ləğv edilib.