İyulun 20-də “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Texnikabank” ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaqdır.
Fonddan AZƏRTAC-a bildirilib ki, daşınmaz əmlak Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Almaz İldırım küçəsi, ev 85v ünvanında 0,01615 hektar torpaq sahəsində yerləşən (ü/s 130,8 kvadratmetr) fərdi yaşayış evidir. Daşınmaz əmlakın ilkin satış qiyməti 42 min manatdır. Satış qiymətinin 5 faizi həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir.