Bu il iyulun 1-nə Azərbaycanda problemli kreditlərin həcmi əvvəlki aya nisbətən 2,4% artaraq 502.3 milyon manata yüksəlib.

APA-Economics” bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Vaxtı ötmüş kreditlər bu ilin əvvəlinə nisbətən 15,3%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 24,1% azalıb.

Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 1.2 faiz bəndi azalaraq 2.3% təşkil edib.