“Bank VTB Azərbaycan” ASC 2022-ci ilin maliyyə göstəricilərini açıqlayıb.

APA-Economics” xəbər verir ki, maliyyə hesabatına əsasən 31 dekabr 2022-ci il tarixinə bankın əməliyyat gəlirləri 39.2 milyon manat, o cümlədən faiz gəlirləri – 24.9 milyon manat, qeyri-faiz gəlirləri – 14.3 milyon manat təşkil edib. 2021-ci ilə müqayisədə bankın faiz gəlirləri 40.9%, qeyri-faiz gəlirləri isə demək olar ki 2 dəfə artıb.

Bank hesabat dövrünü 11.9 milyon manat xalis mənfəətlə bitirib ki, bu da 2021-ci ilin sonuna olan göstəricidən 2.8 dəfə çoxdur.

Bu il yanvarın 1-nə “Bank VTB Azərbaycan”ın aktivləri 2,6% artaraq 238,5 milyon manata çatıb. Dekabrın sonuna bankın kredit portfeli 3,6% azalaraq 159.7 milyon manat, o cümlədən ipoteka kreditləri üzrə portfeli 28,9% artaraq 39.2 milyon manata təşkil edib. Bankın biznes kreditləri isə 36,2% və ya 28,4 milyon manat azalaraq 50,2 milyon manata enib.

“Bank VTB Azərbaycan”ın öhdəlikləri isə 3,1% azalaraq 158,3 milyon manata enib. Bankın depozit portfeli 6,9% böyüyərək 94,8 milyon manata, o cümlədən əhalinin bankdakı əmanətləri 18,4% artaraq 63,7 milyon manata çatıb. Bu dövrdə şirkətlərin banka yatırdıqları depozitlər isə 11,2% və ya 3,9 milyon manat azalaraq 31 milyon manata enib.

Bankın cəmi kapitalı isə 16,7% artaraq 80,2 milyon manata bərabər olub.