Rusiya Bankının (Mərkəzi Bank) Direktorlar Şurası uçot dərəcəsinin 0,5 faiz bəndi azaldaraq 8 %-dən 7,5 %-ə endirilməsi barədə qərar qəbul edib.

“Report” xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Xatırladaq ki, sonuncu dəfə Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 1,5 faiz bəndi azaldaraq 8 %-ə endirmişdi.

Bildirilib ki. tənzimləyici qurum deflyasiyanın yavaşlaması və inflyasiya gözləntilərinin artması fonunda yumşaldıcı siyasətini davam etdirib. Ancaq, qurum əvvəlki addımlarla müqayisədə tempi azaldıb