Qazaxıstan Milli Bankı bazar ertəsi uçot dərəcəsini 14.5% səviyyəsində saxlamaq qərarını verib, bu barədə tənzimləyicinin mətbuat xidməti məlumat yayıb.

Qazaxıstan Milli Bankı fevralın 24-də Rusiyanın Ukraynada hərbi əməliyyatına başladıqdan sonra baza dərəcəsini dərhal 3.25 faiz bəndi artıraraq 13.5%-ə çatdırmaq barədə fövqəladə qərar qəbul edib.

Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Milli Bank izah edib ki, bu qərar mövcud iqtisadi vəziyyət, risk balansı, eləcə də yenilənmiş proqnozlar nəzərə alınmaqla qəbul edilib.

Qazaxıstanda 2021-ci ildə inflyasiya 8.4% təşkil edib. Ölkənin Milli Bankı bu ilin sonuna onun 15%-i keçəcəyini proqnozlaşdırır. Avqustda ölkədə illik inflyasiya sürətlənərək 16.1%-ə çatıb.