Niderland İnkişaf Bankı (FMO) “Bank Respublika” ASC ilə iriməbləğli kredit müqaviləsi imzalayıb.

Bu barədə “APA-Economics”ə bankdan bildirilib. Müqaviləyə əsasən, Banka 20 milyon ABŞ dolları kredit ayrılacaq. Bildirilib ki, milli valyutada təqdim ediləcək vəsait aqrar sahədə kiçik və orta sahibkarlığın (KOS), o cümlədən gənclərin və qadınların sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsində istifadə olunacaq.

Qeyd edək ki,iki qurum arasında əməkdaşlıq 2006-cı ildən başlayıb və bu, FMO yerli bank arasında son illərin ən iri məbləğli kredit müqaviləsidir.