Dünya ölkələrinin Mərkəzi bankları martda 9,4 ton qızıl satdıqdan sonra apreldə 19,4 ton qızıl alıb.
“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bunu Dünya Qızıl Şurasının (WGC) hesablamaları göstərir.
Qızılın ən böyük alıcıları Özbəkistan (8,7 ton), Türkiyə (5,6 ton) və Qazaxıstan (5,3 ton) olub.
Qeyd edək ki, qızılı əsasən Almaniya (0,9 ton), Meksika və Çexiya (0,1 ton) satıb.