Lisenziyası ləğv edilmiş “Günay Bank” ASC-nin qorunan əmanətçilərinə ödənilmiş kompensasiyaların məbləği açıqlanıb.
“APA-Economics” Əmanətlərin Sığortalanması Fonduna istinadən xəbər verir ki, iyulun 11-nə kimi bankın 1 810 əmanətçisinə 29 347 665 manat kompensasiya ödənilib.
Qeyd edək ki, “Günay Bank” ASC-nin əmanətçilərinə kompensasiya olunacaq məbləğ 35 milyon 120 min manat təşkil edir. Başqa sözlə, ümumi kompensasiya məbləğinin 83,5%-i artıq əmanətçilərə ödənilib.