Pərviz Sədrəddinov “Kapital Bank” ASC-nin mətbuat xidmətinin rəhbəri vəzifəsindən ayrılır.

Bu barədə Marja-ya Pərviz Sədrəddinov özü məlumat verib.

O qeyd edib ki, bu həftədən etibarən 7 ildən artıq mətbuat xidmətinin rəhbəri olduğu doğma “Kapital Bank”dan ayrılır. Onun sözlərinə görə, bu illər təhsili, peşəkar təcrübəsi, yeni əlaqələr və tanışlıqlar baxımından olduqca uğurlu olub.

Pərviz Sədrəddinov əlavə edib ki, yeni iş yeri ilə bağlı yaxın zamanda məlumat verəcək.