“Kapital Bank” ASC onunla birlikdə “PAŞA Holdinq” MMC-yə daxil olan “PASHA Technology” MMC-nin nizamnamə kapitalındakı payını 1,36 faiz bəndi azaldaraq 9,85%-dən 8,49%-ə endirib.

“Report” bu barədə Bankın yarım illik idarəetmə hesabatına istinadən xəbər verir.

Xatırladaq ki, “PASHA Technology” 2018-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 23 951 519 manatdır. “Kapital Bank” ötən ilin II yarısında onun həmtəsisçisi olub.