Ölkənin birinci bankı Kapital Bank Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında olan həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi istiqamətindəki əməkdaşlıq memorandumu çərçivəsində daha 2 vətəndaşa dəstək göstərib.

APA-Economics” xəbər verir ki, Tovuz rayonundan müraciət edən Həvva Muradovaya un məmulatlarının hazırlanması üçün avadanlıqlar, Bakı şəhəri Suraxanı rayonundan müraciət edən Səmərrux Babayevaya isə kiçik dərzi sexi açmaq üçün lazımi avadanlıqlar alınıb. Bununla da Kapital Bank tərəfindən memorandum çərçivəsində özünüməşğulluğuna dəstək göstərilən vətəndaşların sayı 133 nəfərə çatıb.

Xatırladaq ki, layihə ölkə başçısı cənab İlham Əliyevin həssas əhali qruplarının özünüməşğulluğunun təşkilində banklar arasında sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsünə əsasən həyata keçirilir və ölkədə mikro, kiçik və orta sahibkarlığın inkişafına öz töhfəsini verir. Layihə çərçivəsində paytaxt Bakı, eləcə də regionlarda yaşayan və aztəminatlı ailələrdən olan şəxslərə müxtəlif sahələr üzrə özünüməşğulluq fəaliyyətinin dəstəklənməsi üçün əvəzsiz olaraq avadanlıqlar alınır.