İsveç Mərkəzi Bankı uçot faiz dərəcəsini 1 faiz bəndi artıraraq 1.75%-dək qaldırıb. Bildirilir ki, bu, son 30 ildə maksimum artırılma olub.

Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

“İnflyasiya Riksbank-ın əvvəlki iyun proqnozundan yüksəkdir və il boyu artımın davam edəcəyi gözlənilir”, – Riksbankın açıqlamasında deyilir.