Ləğv prosesində olan “Günay Bank” ASC-nin əmanətçilərinə ümumilikdə 35 milyon 120 min manat kompensasiya ödəniləcək.

APA-Economics” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Əmanətlərin Sığortalanması Fondunun (ADİF) icraçı direktoru Tural Piriyev deyib.

“Günay Banık”ın lisenziyası ləğv olunan zaman depozit portfeli 82 milyon 507 min manat təşkil edirdi. Bu 19 min 77 əmanətçini əhatə edirdi və bunlardan 19 min 42 nəfəri sığortalanan əmanətçilər idi. Qorunan əmanətlər isə 72 milyon 315 min manat təşkil edir”- İcraçı direktor əlavə edib.

Tural Piriyev qeyd edib ki, bütün sığortalanmış əmanətlər qaytarıldıqdan sonra sığortalanmamış əmanətlər üzrə qanunvericiliyə uyğun addımlar atılacaq.

ADİF rəhbəri “Günay Bank”ın kreditorlar komitəsi yaradılacağı təqdirdə Fondun buna dəstək verəcəyini ifadə edib: “Komitənin yaradılmasına ilkin olaraq kreditorlar qərar verməlidir. “Günay Bank”la birgə 22 bank ləğvedilmə prosesindədir, lakin bunların heç də hamısında kreditorlar komitəsi yoxdur. Digər banklarda olduğu kimi, əgər “Günay Bank”da da bu komitə yaradılarsa, Fond iclasların keçirilməsindən rüblük hesabatların təqdim edilməsinə qədər bütün prosesdə komitəyə dəstək göstərəcək”.