Oktyabrın 12-də “Bakı Hərrac Mərkəzi” MMC-də ləğv prosesində olan “Gəncə Bank”, “Texnika Bank” və “Amrah Bank” ASC-lərin daşınmaz əmlaklarının satışı üzrə növbəti açıq hərrac keçiriləcək.

Bu barədə bankların ləğvedicisi – Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) məlumat yayıb.

Məlumata görə, söhbət “Gəncə Bank”a məxsus Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti, ev 254 ünvanındakı 72 kv.m-lik, “Texnika Bank”a məxsus Bakı şəhəri, Nəsimi rayonu, İmran Qasımov küçəsi, ev 47, mənzil 49 ünvanındakı 150,4 kv.m-lik, “Amrah Bank”a məxsus Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti, 12 ünvanındakı 35,4 kv.m-lik, Yasamal rayonu, Süleyman Tağızadə küçəsi, 80/12 ünvanındakı 31 kv.m-lik və 22,2 kv.m-lik qeyri-yaşayış sahələrindən gedir. Əmlaklara müvafiq olaraq 180 min manat, 800 min manat, 280 min manat, 245 min manat və 175,5 min manat qiymət qoyulub.