“Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanı”nda ləğv prosesində olan “Dəmirbank” ASC-nin balansındakı daşınar əmlak təkrar açıq hərraca çıxarılacaq.

Əmanətlərin Sığortalanması Fondundan AZƏRTAC-a bildirilib ki, daşınar əmlak 10-AH-773 dövlət qeydiyyat nişanlı “BMW 760 LI” minik markalı nəqliyyat vasitəsidir. Hərrac addımı – ilkin satış qiymətinin 1 faizindən az olmamalıdır, 1-ci sıradakı nəqliyyat vasitəsi 2-ci dəfə təkrar hərraca 100 faiz dəyərində təqdim olunur. Hərracda iştirak etmək üçün ərizələrini geri götürmüş şəxslərin ödədiyi beh geri qaytarılır. Bu halda ödənilmiş iştirak haqqı hərracın keçirilməsinə ən geci 3 gün qalmış ərizələrini geri götürən şəxslərə qaytarılır. Balanssaxlayıcı təşkilat tərəfindən hərracda iştirak etmək üçün beh ödəmiş şəxslərə satışa çıxarılan nəqliyyat vasitəsilə qabaqcadan tanış olmaq (baxışın keçirilməsi, servisdə yoxlanılması) imkan yaradılır.

Hərraclarda iştirak etmək istəyən şəxslər sənədlərini hərracın başlanmasına ən geci 5 gün qalanadək Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanına təqdim etməlidirlər.