Dekabrın 19-dan ləğv prosesində olan “Dəmir Bank” ASC-nin növbəlikdə sonuncu sırada olan təminatsız kreditorların tələblərinin növbəti ödənişinə başlanılacaq.

“Report” xəbər verir ki, bu barədə bankın ləğvedicisi – Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) məlumat yayıb.

Məlumata görə, ödəniş nağdsız qaydada həyata keçiriləcək. Kreditorlardan Fondun Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 16 ünvanında yerləşən inzibati binasına müvafiq sənədlərlə müraciət edərək bank rekvizitlərini qeyd etmələri xahiş olunur.