İyulun 19-da İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında ləğv prosesində olan “Dəmir Bank” ASC-nin daşınar əmlakının satışı üzrə açıq hərrac keçiriləcək.

AZƏRTAC Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna (ADIF) istinadən xəbər verir ki, daşınar əmlak 10-AH-773 dövlət qeydiyyat nişanlı, “BMW 760 LI” minik markalı nəqliyyat vasitəsidir. Hərrac addımı ilkin satış qiymətinin 1 faizindən az olmamalıdır. Əmlak 4-cü dəfə təkrar hərraca 30 faiz endirimlə təqdim olunur. Hərracda iştirak etmək üçün ərizələrini geri götürmüş şəxslərin ödədiyi beh geri qaytarılır. Bu halda ödənilmiş iştirak haqqı hərracın keçirilməsinə ən geci 3 gün qalmış ərizələrini geri götürən şəxslərə qaytarılır.

Hərraclarda iştirak etmək istəyən şəxslər aşağıdakı sənədləri hərracın başlanmasına ən geci 5 gün qalanadək Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanına təqdim etməlidirlər.