“Birbank kartları üzrə 2022-ci ilin sonu üçün ümumi olaraq dövriyyə hədəfimiz 2 milyard manatdır və biz artıq bu rəqəmə çatmışıq”.

APA-Economics” xəbər verir ki, bunu “Kapital Bank”ın Pərakəndə Satış İdarəsinin Baş direktoru Ramil İmamov deyib.

O bildirib ki, debet kart satışlarının sayında kəskin artım olub. Hazırda bazarda “Kapital Bank”ın debet kart sayı 1,6 milyondan artıqdır.

“Taksit kart bazarında da Birbank kartlarımız lider mövqedədir. Belə ki, hazırda 400 000-dən artıq taksit kart müştərimiz var ki, onların da ümumi taksit dövriyyəsi 300 milyon manatdan çoxdur. Bu da ümumi taksit bazar payının 82%-i deməkdir. Hazırda ümumi xidmət üzrə partnyorlarımızın sayı 20 000-dən çoxdur. Kart biznesinin inkişafı ilə paralel olaraq ekvayrinq biznesi üzrə də artım müşahidə olunur. Belə ki, hazırda “Kapital Bank”ın 15 000-dən artıq POS-terminal, 1 000-ə yaxın e-ticarət və 4 000-dən artıq Mobil-POS müştərisi vardır”, – deyə Ramil İmamov əlavə edib.