Ölkənin ilk rəqəmsal bankı “Birbank” müştərilərinə bir sıra üstünlüklər verən pulsuz “Birbank Cashback” debet kartını təklif edir. “Birbank”lılar bu kart vasitəsilə etdikləri əməliyyatlara görə müxtəlif bonuslar əldə edirlər. Aktiv “Birbank Cashback” kartı istifadəçiləri fevral ayında bonuslardan ortalama 45 manat pul qazanıblar.

Fevral ayı ərzində “Birbank”lılar ümumilikdə 4,4 milyon manat keşbek əldə ediblər. Bu məbləğin təxminən 240 min manatı “Birbank” vasitəsilə kommunal, mobil və stasionar rabitə, Internet və TV ödənişlər etdikdə qazanılan 1 faiz keşbeklərin payına düşür. “Birbank”ın partnyor mağazalarında edilən alış-verişlərdən qazanılan keşbek məbləği 235 min manatdır. Müştərilər qazandıqları keşbekin 90 faizini öz ehtiyaclarına istifadə ediblər. Xərclədikləri vəsaitin bir hissəsini keşbek qismində geri almaqla yanaşı, “Birbank Cashback” debet kart sahibləri ƏDV-ni ikiqat qaytara bilirlər. Ötən ay bu kartlar vasitəsilə edilən ödənişlərdən qaytarılan ƏDV-nin ümumi həcmi 10 faiz artaraq, təqribən 1,6 milyon manat təşkil edib.

Qeyd edək ki, bütün “Birbank” kartlarının həm taksit, həm də debet növü mövcuddur. “Birbank Cashback” debet kart sahibinə ikiqat ƏDV bonusu və nağdsız ödənişlərdə 1,5 faizdən 30 faizədək, “Birbank”da kommunal, mobil və stasionar rabitə, Internet və TV ödənişlərində isə 1 faiz keşbek qazandırır. “Birbank Cashback” debet kartları ilə ay ərzində 5000 manatadək istənilən yerli bankomatda vəsait nağdlaşdırarkən və ölkədaxili istənilən bank kartına pul köçürərkən heç bir komissiya haqqı tutulmur.

“Birbank Miles” kartları istənilən aviaşirkətin aviabiletinə dəyişdirilməsi mümkün olan millər qazandırır. Həmçinin “Birbank Miles” debet kartları ilə də ay ərzində 5000 manatadək istənilən yerli bankomatda vəsait nağdlaşdırarkən və ölkədaxili istənilən bank kartına pul köçürərkən heç bir komissiya haqqı tutulmur. “Birbank Umico” debet kartları ilə isə ay ərzində 4000 manatadək “Kapital Bank”a məxsus bankomatlarda nağdlaşdırma və ölkədaxili istənilən bank kartına pul köçürməsi komissiyasızdır.

“Birbank” taksit kartları bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 63 günədək güzəşt müddəti, kartı idarə etmək üçün rahat mobil tətbiqi və pulsuz SMS məlumatlandırma xidməti. “Birbank” kartının ölkə üzrə 11 mindən artıq partnyor mağazası fəaliyyət göstərir və bu say artmaqdadır.

“Birbank” kartı haqqında ətraflı məlumat üçün https://birbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın feysbuk və instaqram səhifəsinə müraciət edə bilərsiniz. “Birbank” kartını sifariş vermək üçün “Birbank” tətbiqini yükləyin, “1” yazıb 8196 qısa nömrəsinə SMS göndərin, vatsap vasitəsilə (+994 50) 999 81 96 nömrəsinə yazın və ya “Birbank” mərkəzlərinə müraciət edin.