Demək olar ki, bütün dünyanı bürüyən COVID-19 pandemiyası ilə bağlı böhran iqtisadiyyatın bütün sahələrini sürətləndirilmiş rəqəmsallaşmaya sövq edib. COVID əleyhinə məhdudiyyətlər bank seqmentinin rəqəmsallaşmasının artırılması və maliyyə sahəsində onlayn satış proseslərinin təşkili üçün stimul oldu. Müştərilər evlərdə qaldılar, təşkilatların ofisləri qapılarını bağladı və banklar öz resurslarını tez bir zamanda distant rəqəmsal kanallara yönləndirməli oldular.

Trend-in məlumatına görə, 2021-ci ilin yanvarında dərc olunan Boston Consulting Group (BCG) şirkətinin hesabatında qeyd edilir ki, əhalinin özünütəcrid etməsi nəticəsində dünyada onlayn bankçılıqdan istifadə 23%, mobil bankçılıqdan isə 30% artıb. (Global Retail Banking 2021: The Front-to-Back Digital Retail Bank hesabatı).

Kəskin dəyişikliklərə baxmayaraq, aparıcı banklar yeni bazar çağırışlarına operativ reaksiya verə bildilər. BCG-nin hesabatına görə, yaxın gələcəkdə bank sahəsində rəqəmsallaşma tendensiyası sürətlə artacaq, buna görə də sabit inkişafı təmin etmək məqsədilə banklar müştəri üçün əlavə dəyər yaratmağa yönəlmiş uzunmüddətli texnologiya strategiyası qurmalı olacaqlar.

Onlayn müştəri davranış modeli əsas modeldən fərqlidir. Rəqəmsal məlumatlılıq bank müştərisinin daha inkişaf etmiş rəqib banka keçmə riskini artırır. Rəqəmsal yarışda fərdiləşdirilmiş təklifləri çatdırmaqda lider ən çox dəyərə, çevikliyə və sürətə malik, həmçinin müştəri ilə ən çox əlaqə kanalına malik oyunçu olacaq. Rəqəmsal kanallarla səmərəli qarşılıqlı fəaliyyəti və yüksək keyfiyyətli müştəri xidmətini müxtəlif yanaşmalar, metodologiyalar və alət kombinasiyalarından istifadə edən müasir texnoloji infrastruktur və platforma həlləri qurmaq hesabına təşkil etmək mümkündür.

Hibrid inteqrasiya platforması – HIP Bercut (Hybrid Integration Platform) yeni texnoloji məhsulların müstəqil yaradılması və inteqrasiya problemlərinin həlli üçün “no-code”, “low-code” və “pro-code” alətlərinin bütün spektrini özündə birləşdirir. Bercut platforması İT landşftını standartlaşdırmağa və təşkilatın biznes proseslərinin bir hissəsini, o cümlədən müştəri xidməti və qarşılıqlı fəaliyyət proseslərini avtomatlaşdırmağa qadirdir.

HIP modul arxitekturası hər biri müəyyən vəzifələri həll edən komponentlər şəklində təqdim olunur.

Platforma əsasən konvergent texnoloji məhsulların hazırlanması, hesablaşma sistemlərinin yaradılması və avtomatlaşdırılma ehtiyacı olan iri şirkətlər üçün nəzərdə tutulub. HIP məhsulu həlləri çox sayda inteqrasiya tələb edən təşkilatlara yönəlib. Məsələn, HIP platforması əsasında banklar üçün “Kredit konveyeri” reallaşdırıla bilər.

Nümunə

“Kredit konveyer”inin əsas vəzifəsi kredit müraciətlərinə baxılması ilə bağlı bütün proseslər zəncirinin avtomatlaşdırılmasıdır: şərtlərin ilkin hesablanması, qərarların qəbulu, hədəf təklifin formalaşdırılması və müştəriyə çatdırılması.

Bu həll bankın İT landşaftına inteqrasiya olunur və burada müəyyən meyarlar və müştəri məlumatları əsasında fərdi təklifləri seçmək üçün daxili sistemlərlə qarşılıqlı əlaqədə olur. Kredit tarixçəsi büroları, pensiya fondları, hüquq-mühafizə orqanlarının məlumat bazaları və mobil operatorlar kimi xarici məlumat bazaları ilə inteqrasiya borcalanın etibarlılığının qiymətləndirilməsi prosesini avtomatlaşdırmağa və daxil olmuş müraciətlər üzrə qərarların qəbulunu sürətləndirməyə imkan verir. Üst səviyyədə bu iş prosesi aşağıdakı kimi təqdim edilə bilər.

Maliyyə təşkilatları HIP Bercut platformasında müstəqil olaraq biznes məntiqi və meyarları ilə işləmək üçün rahat veb-interfeysdən istifadə edərək və ya low-code üsulu ilə hazır modullardan (mikroservislərdən) mürəkkəb biznes prosesini yığaraq müxtəlif məhsul və sistemlər yarada bilər. Beləliklə, hətta bu sahəsində dərin biliyə malik olmayan əməkdaş da yeni “in-house” rəqəmsal məhsul yarada bilər. İlkin olaraq, HIP ideyası Bercut tərtibatçılarının fəaliyyətini sadələşdirməkdən ibarət idi. Ona görə də, HIP təcrübəli tərtibatçılar üçün rahat bir vasitəyə çevriləcək.

Bercut-da HIP-in praktiki istifadəsi göstərdi ki, bu cür problemlərin həlli üçün platformadan istifadə layihənin mürəkkəbliyindən asılı olaraq layihənin işlənmə xərclərini 15%-dən 30%-ə qədər azalda bilər. Hybrid Integration Platform əməliyyatların səmərəliliyinə, gəlirlərin artımına, təşkilatın biznes proseslərinə nəzarət və idarə olunmasına təsir göstərməklə şirkətlərin “end-to-end” rəqəmsallaşma strategiyasının bir hissəsidir, həm də müştərilərlə qarşılıqlı əlaqənin çoxkanallı modelinin qurulmasında iştirak edir.

Banklar üçün, Bercut abunə modelinə əsaslanan və ya yaradılmış mikroxidmətlərin sayına əsaslanan çevik lisenziyalaşdırma siyasətini nəzərdə tutub. Bu, banklara həmin həllin hansı şərtlərdə istifadə oluna biləcəyini müstəqil şəkildə seçmək imkanı verir. Eyni zamanda, hər bir abunəçi platforma ilə işləmək üzrə pulsuz təlim keçir və Bercut-dan müntəzəm texniki dəstək alır.

Bercut rəqəmsal biznes transformasiyasında rusiyalı tərtibatçı və tərəfdaşdır.

Tərəfdaşları hər gün milyonlarla istehlakçıya xidmət göstərən rəqəmsal məhsul və xidmətlərin ən böyük inteqrasiya olunmuş təchizatçılarıdır. Bercut komandası təcrübə və ekspertizaya əsaslanaraq 27 ildən artıqdır ki, dünya bazarına biznes yönümlü sənaye proqram təminatı həlləri təqdim edən yüksək texnologiyalar sahəsində yüzlərlə mütəxəssisdən ibarətdir.