“Bank VTB Azərbaycan”ın işçilərinin sayı artıb.
Banker.az bu barədə bankın audit hesabatına istinadən xəbər verir.
Bankın 31 dekabr 2021-ci il tarixinə 376 işçisi olub ki, bu da illik müqayisədə işçilərin sayının 15 nəfər artması deməkdir.
2020-ci ildə “Bank VTB Azərbaycan”ın işçilərinin sayı 361 nəfər olub.
Xatırladaq ki, Bank VTB (Azərbaycan) ASCAzərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq 14 dekabr 1993-cü il tarixində “AF-Bank” ASC kimi təsis edilib. Bank 22 oktyabr 1993-cü il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş 162 qeydiyyat nömrəli ümumi bank lisenziyası əsasında fəaliyyət göstərir.