İyunun 6-da “Xəzəryanı İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC-də ləğv prosesində olan “Bank Standard” QSC-nin daşınmaz əmlakının satışı üzrə açıq hərrac keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə bankın ləğvedicisi – Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) məlumat yayıb.

Məlumata görə, söhbət Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 97 ünvanında yerləşən 45 kv.m.-lik yaşayış sahəsindən gedir. Əmlaka 360 min manat qiymət qoyulub.