Avqustun 19-da “Xəzəryanı İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC-də ləğv prosesində olan “Bank Standard” QSC-nin daşınmaz əmlaklarının satışı üzrə növbəti açıq hərraclar keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə bankların ləğvedicisi – Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) məlumat yayıb.

Məlumata görə, söhbət “Bank Standard”a məxsus Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev 17 ünvanında yerləşən 56,96 kv.m-lik 1 saylı mənzildən, həmçinin Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev 15 ünvanında yerləşən 73,4 kv.m-lik 21 saylı mənzildən və eyni ünvanda yerləşən 54,90 kv.m-lik 22 saylı mənzildən gedir.

Əmlaklara müvafiq olaraq 227,8 min manat, 293,6 min manat və 219,6 min manat qiymət qoyulub.