Bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nisbətdə 390,1 milyon manat artaraq, 2,152.1 milyon manat təşkil edib.
AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident hüquqi şəxslərin qısamüddətli depozitlərinin həcmindəki artım ilə əlaqədardır.
Cari ilin mart ayında manatla geniş mənada pul kütləsi (M2) ilin əvvəlinə nəzərən 0,4 faiz artaraq, 29,694 milyon manat təşkil edib.