“Bank of Baku” ASC-nin səhmdarlarının ümumi yığıncağının növbədənkənar iclası keçiriləcək.

APA-Economics” Banka istinadən xəbər verir ki, iclas 16 yanvar 2023-cü il tarixində baş tutacaq. Bildirilib ki, iclasın gündəliyi bildirişlə birgə səhmdarlara göndərilib.

Qeyd edək ki, “Bank of Baku”nun səhmlərinin 35%-i “NAB Holding”ə, 31,11%-i Hikmət İsmayılova, 28,89%-i “Azpetrol Neft Şirkəti” MMC-yə və 5%-i Elçin İsayevə məxsusdur.