Bu ilin yanvar-may ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə Azərbaycanda apardıqları əməliyyatların həcmi 144,8 mln. manat təşkil edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 43,4% azalıb.

Cari ilin may ayında isə əcnəbilər bank kartları vasitəsi ilə 32,6 mln. manatlıq əməliyyat aparıblar ki, bu da aprel ayı ilə müqayisədə 15,2% çoxdur.