31 yanvar 2022-ci il tarixinə Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi 706,5 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 21,5% azdır.

APA-Economics”in Azərbaycan Mərkəzi Banka istinadən verdiyi məlumata görə, cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) problemli kreditlərin payı 4,1% təşkil edib.

Qeyd olunan göstərici ötən ilin müvafiq dövrünə nəzərən 2,1 faiz bəndi azalıb.