Bu il avqust ayının 1-nə Azərbaycanda problemli kreditlərin həcmi əvvəlki aya nisbətən 2 milyon manat artaraq 453.7 milyon manata yüksəlib.
“APA-Economics” bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Qeyd edək ki, vaxtı ötmüş kreditlər bu ilin əvvəlinə nisbətən 3.6% artıb, ötən ilin eyni dövrü ilə müqayisədə isə 8.3% azalıb.
Xatırladaq ki, cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0.5 faiz bəndi azalaraq 1.7% təşkil edib.