Bu il yanvar-avqust aylarında Azərbaycan banklarının xarici öhdəlikləri 1 milyard 686,5 milyon manat təşkil edib.

APA-Economics” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının statistik bülletenində bildirilib. Məlumata görə, bu, avqustun 1-i ilə müqayisədə 3,8% çoxdur.

Ötən il yanvar-avqust ayları ilə müqayisədə isə bankların xarici öhdəlikləri 63,2% artıb. Belə ki, 2021-ci ilin eyni dövründə bankların xarici öhdəlikləri 1 milyard 33.4 milyon manat təşkil etmişdi.