Bu ilin yanvar ayının 1-nə Azərbaycanın regionlarında bank sektoruna kredit qoyuluşları 2 946 491 min manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından (AMB) “APA-Economics”ə verilən məlumata görə, bu göstərici keçən ilin əvvəli ilə müqayisədə 618 188 min manat və ya 26,5% artıb.

Ümumiyyətlə, Azərbaycanın kreditləşməsində regionların payı 19,8%-ə bərabər olub. Bu, ötən ilin eyni vaxtının göstəricindən 1,9 faiz bəndi çoxdur.

Regionlar üzrə bank sektoruna kredit qoyuluşlarının renkinqi:

#

Regionlar

Cəmi (min manat)

Orta faiz dərəcəsi

1

Aran iqtisadi rayonu

763 656

20,7

2

Gəncə-Qazax iqtisadi rayonu

621 605

18,4

3

Abşeron iqtisadi rayonu

546 554

15,6

4

Lənkəran iqtisadi rayonu

282 766

20,1

5

Şəki-Zaqatala iqtisadi rayonu

226 929

16,3

6

Quba-Xaçmaz iqtisadi rayonu

204 920

18,6

7

Naxçıvan iqtisadi rayonu

167 234

15,2

8

Dağlıq Şirvan iqtisadi rayonu

72 006

21,0

9

Yuxarı Qarabağ iqtisadi rayonu

60 821

23,1

10

Kəlbəcər-Laçın iqtisadi rayonu

0

0