Yanvarın 6-da axşam saatlarında “Azəricard” prosessinq mərkəzinin xidmət göstərdiyi bankların bankomatlarından, POS terminallarından və mobil proqramlarından istifadə zamanı müşahidə olunan texniki nasazlıqlar aradan qaldırılıb.

Bu barədə Trend-ə “Azericard”dan məlumat verilib.

Qeyd edək ki, ötən gecə “Azəricard”ın xidmət göstərdiyi bankların bankomatlarından və mobil proqramlarından istifadə zamanı bəzi problemlər yaranıb (23 bankdan 13-nə xidmət göstərilir).

Trend-in sorğusuna cavab olaraq, “Rabitəbank” və ABB texniki problemlərin aradan qaldırılması ilə bağlı məlumatı təsdiqləyiblər.