İyulun 2-də “Bakı Hərrac Mərkəzi” MMC-də ləğv prosesində olan “Dəmir Bank” ASC-nin, iyulun 4-də “Atabank” ASC-nin, iyulun 11-də isə “AGBank” və “Bank of Azerbaijan” ASC-lərin, “Bank Standard” QSC-nin daşınmaz əmlaklarının satışı üzrə açıq hərraclar keçiriləcək.
“Report” xəbər verir ki, bu barədə bankların ləğvedicisi – Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb.
Söhbət “Dəmir Bank”a məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Almaz İldırım küçəsi, 56 ünvanındakı dəyəri 75 min manat olan 55,65 kv.metrlik, “Atabank”a məxsus Lənkəran şəhəri, Həzi Aslanov Xiyabanındakı dəyəri 600 min manat olan 301 kv.metrlik, “AGBank”a məxsus Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 106 ünvanındakı dəyəri 300 min manat olan 320 kv.metrlik, “Bank of Azerbaijan”a məxsus Qazax rayonu, Daş Salahlı kəndindəki dəyəri 25 min manat olan 24,5 kv.metrlik, “Bank Standard”a məxsus Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti, 261 ünvanındakı dəyəri 450 min manat olan 197 kv.metrlik və Zaqatala şəhəri, Dədə Qorqud küçəsi 9 ünvanındakı dəyəri 485 min manat olan 678,5 kv.metrlik qeyri-yaşayış sahələrindən gedir.