2021-ci ilin may ayına Azərbaycanda banklar tərəfindən quraşdırılan bankomatların sayı 2 785 ədəd təşkil edib.

Banker.az Mərkəzi Bankın məlumatına əsasən xəbər verir ki, 1 ay ərzində banklar tərəfindən 15 yeni bankomat quraşdırılıb.  İllik müqayisədə isə 231 yeni bankomat quraşdırılıb.

Bununla yanaşı, Bakıdakı bankomatların sayı may ayında 1 466, regionlarda isə 1 319 olub. İllik müqayisədə Bakıda 127, regionlarda isə 104 yeni bankomat quraşdırılıb.