Dekabrın 21-də Bakı Hərrac Mərkəzində “AtaBank” ASC-nin ləğv prosesində olan daşınmaz əmlakı hərraca çıxarılacaq.

Bu barədə Trend Əmanətlərin Sığortalanması Fonduna istinadən xəbər verir.

Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, ev 149 ünvanında sahəsi 69.7 kv.m olan mənzil hərraca çıxarılır. Başlanğıc qiyməti 70 000 manatdır.

Hərracın təşkilatçısı satış qiymətinin beş faizini ödəməlidir. Alış qiyməti yeddi təqvim günü ərzində alıcı tərəfindən ödənilməlidir.

Hərracda iştirak etmək istəyənlər lazımi sənədləri Bakı şəhəri, Səbail rayonu, Badamdar şosesi, 27 ünvanına təqdim edə bilərlər.

Əlavə məlumat üçün telefonlar: (+99450)-206-66-67, (+99455)-206-66-67.