Azərbaycanda 2022-ci ilin may ayının sonuna milli valyuta ilə yeni cəlb olunmuş depozit və əmanətlər üzrə orta faiz dərəcəsi ötən ay ilə müqayisədə 0.09 faiz bəndi artaraq 8.77% təşkil edib.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Xarici valyuta ilə cəlb olunmuş depozit və əmanətlər üzrə orta faiz dərəcəsi isə ötən ay ilə müqayisədə 0.15 faiz bəndi artaraq 0.95% təşkil edib.

Hesabat dövründə aylıq müqayisədə milli valyuta ilə verilən kreditlər üzrə orta faiz dərəcəsi 0.6 faiz bəndi artaraq 16.94% təşkil edib.

Xarici valyuta ilə verilən kreditlər üzrə orta faiz dərəcəsi isə son ayda 0.32 faiz bəndi azalaraq 4.53% təşkil edib.