Mayın 11-da “Bakı Hərrac Mərkəzi” MMC-də ləğv prosesində olan “Atrabank” ASC-nin daşınmaz əmlakının satışı üzrə açıq hərrac keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə bankın ləğvedicisi – Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) məlumat yayıb.

Məlumata görə, söhbət Gəncə şəhəri, Nizami rayonu, Mirzə Ələkbər Sabir küçəsi, 16 ünvanında yerləşən 120,2 kv.m.-lik fərdi yaşayış sahəsindən gedir. Əmlaka 150 min manat qiymət qoyulub.