Mayın 31-də də Əmanətlərin Sığortalanması Fondunda (ADİF) ləğv prosesində olan “AG Bank” ASC-nin daşınmaz əmlakının icarəsi üzrə bağlı hərrac keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə bankın ləğvedicisi – ADIF məlumat yayıb.

Bildirilir ki, söhbət Bərdə şəhəri, Sənaye küçəsindəki 897,2 kv.metrlik qeyri-yaşayış sahəsindən gedir.

Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 27 aprel 2020-ci il tarixli qərarı ilə “AG Bank” ASC-yə müvəqqəti inzibatçı təyin olunub və bank ləğvetmə mərhələsindədir.